Mənzil-Tikinti Kooperativlərinin (MTK) fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi vacibdir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan olunmasına ehtiyac var.
“Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa niyə MTK-lər insanlardan nağd pul toplamalıdırlar? Hər bir MTK-nin bank hesabı var və ödənişin də yalnız banklar vasitəsi ilə aparılması təmin edilməlidir. Nəticədə, bu onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergindən yayınmanın qarşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər.
Eyni zamanda, yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtiyac var. Bu sahədə dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlarından yüksək ödəniş tələb etməsinlər”, - V.Bayramov yazıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub