Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 8-ə olan məzənnəsini açıqlayıb.
Mynews.az-ın məlumatına görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 7-i ilə müqayisədə 2,8% ucuzlaşaraq 1,8252 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 2,0102 manatdan 1,9489 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0319 manatdan 0,0307 manatadək ucuzlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,5071 manatdan 0,4874 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3392 manatdan 2,2811 manatadək ucuzlaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,7036 manatdan 0,6856 manatadək azalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub