Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.
Mynews.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.
N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: "İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb".
Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur: "Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub