Hökumət tərəfindən qiymətlərin artmaması üçün vacib olan tədbirlər görülür.
Mynews.az trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov söyləyib.
Ə.Əhmədov bildirib ki, bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik:
“Hökumət tərəfindən qiymətlərin sürətlə artmaması üçün vacib olan tədbirlər görülür. Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsinin Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənaram. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub