Dünya birjalarında neft bahalaşıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,05% artaraq 42,55 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 44,83 dollar olub.
Beləliklə, Brent markalı neftin qiyməti ötən ilin noyabr ayından etibarən 45 dollardan aşağı enib. ABŞ-da neft hasilatının artması neftin ucuzlaşmasını sürətləndirib. ABŞ-da sutkalıq neft hasilatı 20 min barel artaraq 9,35 mln. barelə çatıb ki, bu da 2015-ci ilin aprel ayında qeydə alınan rekord göstəricinin təkrarlanmasından xəbər verir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub