Azərbaycan Mərkəzi Bankı (AMB) iri nominallı pul nişanlarının tədavülə buraxılması imkanını qiymətləndirir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər.
Qeyd olunub ki, beynəlxalq təcrübədə tədavüldə iri nominallı əsginasların xüsusi çəkisi yüksəldikdə Mərkəzi Banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əsginaslar buraxılır:
“Hazırda tədavüldə iri nominallı (50 və 100 manat) pul nişanlarının xüsusi çəkisi 90% təşkil edir. Bu baxımdan AMB ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominallı pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub