Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə hazırlaşır.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov bildirib.
Onun sözlərinə görə, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin (MTK) bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır: “Bunun üçün bina tikilməzdən öncə oradakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək. Yəni, bəri başdan bilinəcək ki, ev kimindir. Eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Əslində, öncədən qeydiyyat mexanizmi çoxdan var, sadəcə, ictimaiyyət bu barədə elə də məlumatlı olmadığı üçün geniş tətbiq olunmurdu”.
Q.Xəlilov onu da deyib ki, vətəndaşlara tikinti şirkətlərindən aldıqları mənzillərə görə veriləcək arayışda yaşayış sahəsinin dəqiq ölçüsü göstəriləcək. Bu isə MTK-ların insanları ölçü məsələsində aldatmasına imkan verməyəcək. Daha bir maraqlı və mühüm məqam isə ondan ibarətdir ki, öncədən qeydiyyat əsasında mənzili ipotekaya qoymaq mümkün olacaq.
Qeyd edək ki, sabah ƏMDK “Daşınmaz əmlakın öncədən qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçirəcək. Prosesin mahiyyəti, ümumilikdə daşınmaz əmlak bazarının inkişafına müsbət təsirləri barədə ictimaiyyətə məlumat veriləcək.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub