Azərbaycandan Rusiyaya göndərilən kartof məhsulu geri qaytarılıb.
Mynews.az baku.ws-yə istinadən xəbər verir ki, istehlakçılar ziyana düşməsinlər deyə həmin tonlarla kartofu daxili bazara yönləndiriblər.
Ehtimal edilir ki, bayram günləri ilə əlaqədar Dövlət gömrük xidmətləri işləmədiyindən kartof məhsullarını Rusiyaya apara bilməyiblər.
Lakin burada məsələ başqadır. Sayt Rusiyaya göndərilməsi nəzərdə tutulan kartofların fotolarını əldə edib. Fotolardan da görünür ki, Rusiyaya göndərilən kartoflar daxili bazarda satılan məhsullardan həm görünüşünə, həm də keyfiyyətinə görə çox fərqlənir. Xaricə idxal edilən kartofların böyüklüyü eyni, xarab hissələri, demək olar ki, yoxdur. Sual yaranır ki, ölkə daxilində bazarlarda satılan kartoflar niyə yuxarıda qeyd olunanların əksinədir.
Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanda Rusiyaya standartdan kənar məhsul idxal edilə bilməz. "Çünki Rusiya gömrüyündəki nəzarət xidməti standratlara uyğun məhsulları ölkəyə buraxır. Buna çox güclü nəzarət edirlər. Bunun əksi olsa, həmin məhsula dəyər vermələri mümkün deyil. İstehlakçılar da məcbur olub xaricə ixrac etmək üçün əkdiyi məhsulun ən yaxşısını seçir. Qalanları isə daxili bazara yönləndirilir. Bunun əsas səbəblərindən biri budur ki, ölkədə istehsal edilən kartof yetərincə deyil. Bu isə həm daxili bazarı, həm də xarici bazarı eyni səviyyədə təmin etməyə bəs etmir", - Vahid Məhərrəmov bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub