Cari ilin yanvar ayından başlayaraq spirtli içki və tütün məmulatlarının satışının bank hesabları vasitəsilə həyata keçirilməsi marketlərdə siqaret qıtlığıyla müşahidə olunur.
Cebhe.info xəbər verir ki, qərardan sonra bank hesabları olmayan sahibkarlar firmalardan birbaşa mal ala bilmirlər. Bu da xüsusilə siqaret bazarındakı qıtlıqda özünü göstərir. Bu gün demək olar ki, marketlərdə siqaret tapmaq müşkülə çevrilib.
Sahibkarlardan biri Cebhe.info-ya açıqlamasında deyib ki, qərar onun üçün gözlənilməz olub: “Bu qərarın verilməsini gözləmirdirk. Düzdür, bizə bununla bağlı xəbərdarlıqlar olmuşdu, ancaq bizə işimizi tam qurmağa vaxt vermədilər. İndi topdansatış məntəqələrinin ümidinə qalmışıq. Onlar isə sanki bu xalqa qənim kəsiliblər. Bizə siqareti elə qiymətlərlə təklif edirlər ki, sanki qızıl alırıq. Biz də bu qiymətlərlə işləyə bilmirik. Bu gün siqaretlərin tapılmamasının səbəbi də məhz budur. Yəni, marketlərin, köşklərin burada heç bir günahı yoxdur”.
Söhbətləşdiyimiz digər sahibkar da eyni problemlərin olduğunu vurğulayıb: “Mənin bank hesabım yoxdur. Ona görə də firmalar bizə birbaşa mal vermir. Topdanşatış məntəqələri isə siqareti çox baha qiymətə satırlar. Bu məsələyə kimsə bir çarə etməlidir. Əks halda, siqaret böhranı yaranacaq. Bir neçə gündən sonra ümimiyyətlə, heç kim siqaret satmayacaq. Mən bildiyim qədər firmalar siqaretləri əvvəlki qiymətləriylə topdanşatış məntəqlərinə verir. Onlar isə fürsətdən istifadə edib qiymətləri süni şəkildə artırırlar. Bu gün topdanşatış məntəqələrinə getsəniz, hər birində fərqli qiymətlərin şahidi olacaqsınız. Ona görə də siqaretlər ayrı-ayrı yerlərdə fərqli qiymətlərə satılır”.


1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub