USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bu ailələr sosial yardımdan məhrum ediləcək SİYAHI

18:49 06.07.2017
Bu ailələr sosial yardımdan məhrum ediləcək SİYAHI
18:49 06.07.2017

Azərbaycanda aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.

Bəs, hansı hallarda ailə sosial yardımın təyin olunmasından məhrum edilə bilər?

Bununla bağlı Metbuat.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirib ki, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

2. Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;

3. Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;

4. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

5. Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);

6. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda.

Qeyd edək ki, ünvanlı sosial yardım 2006-cı il yanvarın 1-dən qüvvəyə minib və iyulun 1-dən fəaliyyətə başlayan “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.


Xəbər lenti