Bankdan kredit götürən şəxs məbləği ödəyib bitirsə də, ondan əlavə pul tələb edilib.
Mynews.az bildirir ki, Bakı sakini Sarvan Allahverdiyev deyir ki, kredit ödənişlərini təxminən 8 ay gecikdirib. Daha sonra isə bütün məbləği birdəfəlik ödəyib. Ancaq o, kredit ödənişinin bitməsi ilə bağlı bankdan arayış ala bilməyib. Buna səbəb bankın ondan əlavə pul tələb etməsi olub.
Bank müştəridən işin məhkəməyə göndərilməsi üçün çəkilən xərcləri də tələb edib.
Araşdırma zamanı məlum oldu ki, bank işi hələlik məhkəməyə göndərməyib. Sadəcə müştəri haqqında məlumatların toplanılması üçün hüquqi xidmət göstərilən şirkətlərin biri ilə müqavilə bağlayıb.bVətəndaşdan tələb olunan da məhz həmin hüquq şirkətinə ödəniləcək xidmət haqqıdır.
Bank məsələləri üzrə ekspert Anar Ramazanov deyir ki, bu kimi hallar təcrübədə var və qanunsuz deyil. Ancaq buna baxmayaraq ekspert tövsiyyə edir ki, vətəndaşlar bu kimi xidmətlər adı altında bankın tələb etdikləri məbləği ödəməsinlər.
Anar Ramazanovun sözlərinə görə, bu məbləğlər müştəridən sadəcə məhkəmə qətnaməsi ilə alına bilər.Bunun üçün isə bank göstərilən xidməthaqları barədə məhəkəməyə rəsmi sənədlər təqdim etməlidirlər. /xezerxeber.az
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub