Dünya şirkətlərinin yaxın vaxtlarda yenidən ciddi kiberhücumlarla üzləşəcəyi gözlənilir. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin infrastruktur təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov “RİA Novosti” agentliyinə müsahibədə bildirib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, müasir sənaye şirkətlərinin informasiya texnologiyalarından asılılığı onları hakerlər üçün banklardan daha çox cəlbedici edir.
Ekspert qeyd edib ki, dünya kompüterlərini yoluxduran “WannaCry” və “Petya” virusları yalnız başlanğıcdır.
Onun sözlərinə görə, bu hadisənin başlanğıc mərhələsində olması səbəbindən demək mümkündür ki, bu, ilk cəhddir - sınaqdır. “Yevgeni Kasperski “WannaCry” hücumunadək etdiyi çıxışlarda dəfələrlə bildirib ki, 2017-ci ildə fırıldaqçılıq kifayət qədər kədərli yenilik ola bilər.
Bundan başqa, “Kasperski laboratoriyası” nümayəndəsi vurğulayıb ki, artıq fırıldaqçılar üçün informasiyanı müştəri kartından və ya bank müxbir hesabından oğurlamaq əhəmiyyət kəsb etmir. Hazırda informasiya texnologiyalarından asılı olan müəssisənin fəaliyyətini qısa müddətə dayandıraraq pul tələb etmək kifayət edir. “Bu, fırıldaqçılığa görə şirkətə nə qədər ziyan dəyəcəyi barədə əvvəlcədən məlumatlı olan fırıldaqçılıq növüdür”, - A.Suvorov əlavə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub