Yol tikintisində yeni üsul - plastik yollar gəlir. Üstəlik, onların davamlılığı 3 dəfəyə qədər çox olacaq. Bu, həmçinin yolun çəkilişində su boruları, elektrik xətləri ilə bağlı problemləri də həll edəcək.
Mynws.az publika.az-a istinadən xəbər verir ki, “Wavin-Total” şirkəti plastik yolların salınması üzərində işləyir.
Bu yollar plastikdən hazırlanmış içi boş sturukdan ibarət olacaq. Yüngül plastik materialdan yol çəkilişi sadə və sürətli olacaq. Ənənəvi yol çəkilişi ilə müqayisədə xeyli sərfəlidir. Yağan yağışın alt qatlara keçib yol infrastrukturuna ziyan vurmaması üçün də əlavə tədbirlər görülüb. Belə ki, yolun kənarında suyun axması üçün xüsusi oyuqlar olacaq.
Bu yolun çəkilişində indiyədək təbiətdə mövcud olan plastik materiallardan istifadə ediləcək. Belə yol xeyli uzunömürlü hesab edilir. Yolun çəkilişinin asanlığı, sürüşmənın az olması, davamlılığın yüksəkliyi nəzərə alınaraq ona təlabatın yüksək olacağı bildirilir.
Texniki, ekoloji və təhlükəsizlik testlərindən keçəndən sonra ilk pilot layihənin həyata keçirilməsi gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub