“İlin əvvəlindən qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri-neft sənayesi isə 4.4% artıb”.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
Prezident bildirib ki, bu il ölkə iqtisadiyyatına 5 mlrd. dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları hazırda 40,6 mlrd. dollardır: “Mövcud iqtisadi sabitlik qorunub-saxlanılmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir”.
Dövlət başçısı qeyd edib ki, bu ilin yanvar-iyun ayları ərzində 122 min yeni iş yeri açılıb, onlardan 101 mini daimidir. Birinci yarımildə ixrac 36% artıb, idxal 15% azlıb, müsbət saldo 1,9 milyard dollar təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub