Mynews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli kateqoriya üçün inşa edilən “Yasamal Yaşayış Kompleksi”ndə tikinti işləri sürətlə davam etdirilir.
İlk doqquz mərtəbəli yaşayış binasında və üç mərtəbəli, 960 yerlik ümumtəhsil məktəbində son tamamlama işləri gedir.
Agentliyin mətbuat katibi Diana Dadaşovanın sözlərinə görə, satış haqda elan verildikdən sonra müraciəti təsdiqlənmiş vətəndaşlar elektron kabinetlərinə daxil olaraq mənzillər barədə ətraflı məlumat ala və istədikləri mənzili seçə biləcəklər. Satışa ümumilikdə 1843 mənzil çıxarılacaq. Daha tez müraciət edən vətəndaşlar buradan mənzil əldə edə biləcəklər. Digər vətəndaşlar isə növbəti mərhələni gözləməli olacaqlar.
İlk dəfə olaraq sosial evlərin tikintisinə investor olaraq tikinti şirkəti də cəlb edilib.
Həmin 3 binadan biri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və güzəştli şərtlərlə satılacaq. Digər 2 binanı isə tikinti şirkəti özü istədiyi şərtlərlə, istədiyi şəxsə sata biləcək.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub