Beynəlxalq Enerji Agentliyi (IEA) təbii qaz bazarı ilə bağlı proqnozunu müsbətə doğru dəyişib. IEA bununla 2012-ci ildən bu tərəfə ilk dəfə beş illik təbii qaz proqnozunu yüksəldib.
Mynews.az xəbər verir ki, şirkətin hesabatında 2022-ci ilə qədər qlobal təbii qaz istehlakının illik 1.6 faiz artaraq neft və kömür istehlakını geridə qoyacağı qeyd edilib.
Hesabata əsasən, Çin başda olmaqla inkişaf edən ölkələrin sənaye sektorunda qaza tələb artacaq. ABŞ isə dünyanın ən böyük enerji istehsalçısı kimi mövqeyini möhkəmləndirəcək. Öz ixracatında mayeləşdirilmiş təbii qazdan daha çox istifadə edəcək.
O da qeyd olunur ki, hazırda Şimali Amerika təbii qaz istehsalı və ixracı ilə bağlı qızıl dövrünü yaşayır.
Qlobal qaz istehlakı 2016-cı ildəki 3.63 trilyon kubmetr səviyyəsindən 2022-ci ildə 4 trilyon kubmetrə yüksələcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub