ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin (Jannet Yellen) Konqresdəki ikigünlük çıxışından sonra uçot dərəcəsinin bu ilin sonuna qədər artırılması ehtimalları, demək olar, dəyişməyib və 47,3% olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük maliyyə törəmə bazarı şirkəti - “CME Group FEDWatch Tool”un hesabatında məlumat verilir.
Hesabatda bildirilir ki, Yellenin çıxışından əvvəl bu ehtimal 47,5% olub. FES-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı isə hazırda 13,3% təşkil edir.
Bu gün ABŞ-da açıqlanacaq iyun ayı üzrə inflyasiya göstəricisi FES-in qərarları ilə bağlı ehtimallarda dəyişiklik yarada bilər. Əgər inflyasiya göstəricisi 0,2% və ya daha artıq olarsa, o zaman FES-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı yüksələ bilər ki, bu da öz növbəsində dolların məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub