Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması dəmir yolu tariflərinə təsir göstərməyəcək.
Mynews.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
O qeyd edib ki, Aİ-92 markalı benzinin qiymətində dəyişiklik dəmir yolu ilə yük və sərnişin daşıma tariflərinə heç cür təsir etməyəcək:
"Belə ki, dəmir yollarında hərəkət üçün digər yanacaq növlərindən və elektrik enerjisindən istifadə olunur. Tariflərin artırılması gündəlikdə yoxdur".
Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub