Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) 2018-ci ildə təhvil veriləcək “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan təbii qazı Türkiyəyə nəql olunacaq.
Mynews.az xəbər verir ki, bunu BP şirkətinin qlobal emal və marketinq üzrə icraçı direktoru Tufan Erginbilgiç deyib: “Sonrakı illərdə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql ediləcək”.
O bildirib ki, dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə investisiyanın 10 milyard dolları Türkiyənin payına düşür: “BP “Şahdəniz-2”-nin ən böyük səhmdarı və ortağı olacaq. TANAP boru xəttində isə 12 faizlik payımız var. “Cənub Qaz Dəhlizi” layihəsi tamamlandığı zaman Xəzər dənizinin təbii qazı tarixdə ilk dəfə Avropaya göndəriləcək. Türkiyənin buradakı rolu çox əhəmiyyətlidir”.
T.Erginbilgiç qeyd edib ki, bu günə qədər Türkiyə BTC, TANAP və “Şahdəniz” layihələrindən 8 milyard dollar qazanıb: “Bu rəqəmin 15 milyard dollara qədər yüksələcəyi istisna deyil”.
(Oxu.az)
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub