2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 milyon ABŞ dolları olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib.
Mynews.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən bildirir ki, 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27 faiz artıb. 2017-ci ilin 6 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan qərarlaşıb.
Belə ki, bu ilin 6 ayı ərzində Rusiyaya 274, Türkiyəyə 144, Gürcüstana 68, İsveçrəyə 67 və Türkmənistana isə 33 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin iyun ayına gəldikdə isə, qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. 2017-ci ilin may ayı ilə müqayisədə iyunda qeyri-neft sektoru üzrə ixrac 21 faiz artıb. İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və s.-dir. Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısına Rusiya başçılıq edib. Sonrakı yerlərdə isə İsveçrə, Türkiyə, Gürcüstan, Türkmənistan və digər ölkələrin adları var.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub