Azərbaycanın valyuta ehtiyatları 2017-ci il iyulun 1-nə 39, 755 mlrd. ABŞ dolları təşkil edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunun 87,51%-i və yaxud 34 790,9 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,49%-i və yaxud 4 964,1 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 115,1 mln. dollar və yaxud 5,62% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 1 502,7 mln. dollar və yaxud 4,53%, AMB-nin valyuta ehtiyatlarında isə 531,4 mln. dollar və yaxud 11,99% olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 353,2 mln. dollar və yaxud 0,9% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 408 mln. dollar və yaxud 1,16% azalıb, AMB-nin ehtiyatları isə 680,2 mln. dollar və yaxud 15,88% artıb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub