Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghinin açıqlamaları dolların avroya nisbətdə iki ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.
Mynews.az xəbər verir ki, ABŞ valyutasının altı böyük pul qarşısındakı vəziyyətini əks etdirən dollar indeksi 0.9 faiz dəyər itirib.
Avro isə dollara nisbətdə 1.1653 səviyyəsinə yüksəlib.
Qeyd edək ki, ECB dünən keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib.
Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub