Beynəlxalq Valyuta Fondu (IMF) 2017 və 2018-ci illər üçün neft proqnozlarını 3 dollar/barel azaldaraq müvafiq olaraq 51,9 və 52 dollar/barelə salıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə IMF-ın yenilənmiş “World Economic Outlook” dünya iqtisadiyyatı üzrə iyul icmal hesabatında bildirilir.
Fondun analitiklərinin fikrincə, neft qiymətləri ABŞ-da yüksək hasilat həcmi və təklifin artması nəticəsində azalır: "2016-cı ilin ikinci yarısında başlayan neft qiymətlərinin artması nəticəsində inflyasiyanın yüksəlməsi prosesi də artıq zəifləyib”.
Qeyd edək ki, IMF-in aprel icmalında neftin 2017-ci il üçün proqnoz qiyməti 55,23 dollar/barel, 2018-ci ili üçün isə 55,06 dollar/barel olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub