Rusiyanın enerji naziri Aleksandr Novak, lazım gələrsə, neft istehsalının azaldılması ilə bağlı razılaşmanın 2018-ci ilin mart ayından sonra da uzadılmasını tövsiyə etdiklərini bildirib.
Mynews.az xəbər verir ki, nazir neft istehsalının azaldılması istiqamətindəki razılaşmanın müvəffəqiyyətlə tətbiq olunduğunu deyib. Novak bildirib ki, bu il neft bazarlarındakı təklif çoxluğu 350 milyon barel azalıb.
OPEC razılaşmasına bütün tərəflərin əməl etməsinin əsas şərt olduğunu vurğulayan Novak razılaşmanın müddətinin 2018-ci ilin martından sonrakı müddətə də uzadılmasını tövsiyə etdiklərini bildirib.
Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih də ölkəsinin neft ixracatını keçən il ilə müqayisədə gündəlik 1 milyon barel səviyyəsində azaltdığını deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub