Türkiyənin təbii qaz idxalı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 3 milyard 727 milyon kub metr təşkil edib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən ilin may ayında təbii qaz idxalı 3 milyard 215 milyon kubmetr olub.
Ümumi idxalın 3 milyard 266 milyon kubmetri boru xəttləriylə, 461 milyon kubmetri isə LNG müəssisələri vasitəsilə aparılıb. Ən çox təbii qaz idxalı Rusiyadan reallaşdırılıb - 1 milyard 948 milyon kubmetr. İkinci sırada 722 milyon kubmetrlə İran, üçüncü sırada 595 milyon kubmetr idxalla Azərbaycan yer alıb.
Türkiyədə təbii qaz istehlakı 17,9 faiz artıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub