Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb.
Mynews.az xəbər verir ki, yay aylarında adətən ucuzlaşmalı olan mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında satılır. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib.
Məlumatı dəqiqləşdirmək üçün Bərdə rayonunda yerləşən ət alış-satış məntəqələri ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, mal ətinin topdansatış qiyməti 9 manat 50 qəpikdir. Hazırda mal ətinin 1 kloqramının qiyməti 11, quzu ətinin 1 kloqramı isə 10-11 manat arasındadır.
Rayon satıcıları isə deyir ki, bunun səbəbi heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının bahalaşmasıdır. Bu yemlərin qıtlığı olarsa, onda avqust-sentyabr aylarından etibarən ətin qiymətində yenidən artım müşahidə olunacaq.
(Aznews.az)
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub