Bazarlarda mövsümi məhsulların qiymətlərində artım baş verib.
Mynews.az xəbər verir ki, xüsusilə pomidorun qiymətində son 10 gündə artım var. Bu məhsul 0,8-1,20 manat təşkil edir.
Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən sayılan qarpızın isə kiloqramı 0,2- 0,25 manatdan təklif olunur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə qiymətlər 0,18 manat təşkil edirdi.
Rəsmi statistikaya əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz artıb.
Bununla belə bir sıra məhsulların əkini azalıb. Məsələn, cari ildə kartof əkini ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, tərəvəz 6,4 faiz, bostan məhsulları 10,6 faiz az olub. Əslində, məhsul azlığını bazardakı satıcılar da təsdiqləyirlər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında mövsümi məhsulların qiymətlərinin baha olması ilə razılaşmadı: “Bazar liberaldır. Qiymətlər, demək olar ki hər gün dəyişir və təklif-tələb əsasında formalaşır. Qarpızın kiloqramının 20 qəpik olması normaldır. Sizcə, kəndçi məhsulunu neçə manatdan satmalıdır? O da çəkdiyi xərci götürməlidir axı”.
Ötən il qarpızın kiloqramının 0,30-0,35 manat təşkil etdiyini deyən nazirliyin rəsmisi bazarda bahalaşma olmadığını vurğuladı.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1039 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1000 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
991 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
989 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
967 dəfə oxunub