Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədriHəbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.
İclasda dövlət büdcəsindən agentura şəbəkəsinin saxlanılması adı ilə 2 milyon 917 min manat pulun mənimsənilməsi epizodu üzrə sənədlər elan edilib. Proses davam edir.
İttihama görə, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin təyinatı üzrə xərclənməyərək, ələ keçirilib.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub