Neft sənayesində fəaliyyət göstərən iki xarici şirkət Azərbaycanı tərk edib. Bunlar İtaliyanın neft-mədən avadanlıqlarının tədarükü sahəsində xidmətlər göstərən “Valvitalia S.P.A” və Almaniyanın “Katt GmbH" şirkətləridir.
Mynews.az Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar və maraqlı şəxslər “Valvitalia S.P.A” ilə bağlı tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, “SAT PLAZA” biznes mərkəzi, 7-ci mərtəbə ünvanına bildirə bilərlər.
Almaniyanın “Katt GmbH" şirkətinə gəlincə, şirkətin kreditorları tələblərini Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, ev 241, mənzil 70 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Valvitalia S.P.A” ötən ildən Azərbaycanda fəaliyyət göstərir. “Katt GmbH” 1989-cu ildə təsis olunub. Şirkət neft sektorunda fəaliyyət göstərən şirkətlər üçün müxtəlif xidmətlər təklif edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub