Ümumdünya Qızıl Şurası (World Gold Council) Azərbaycanın bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu satdığını açıqlayıb. Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycan qlobal reytinqdə yer almayıb.
Mynews.az xəbər verir ki, Dövlət Neft Fondu məsələyə münasibət bildirib.
Fondan qeyd edilib ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir.
Cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib. Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb.
ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub