Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq sərmayə yatırılıb. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, təkcə son 10 ildə respublikanın regionlarının sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi məqsədi ilə regionlara 51 milyard manat həcmində investisya qoyulub.
Ölkə iqtisadiyyatına bu qədər investisya yatırılsa da, yatırılan investisiya ilə əldə edilən nəticə heç də düz mütənasiblik deyil, tərs mütənasiblik təşkil edir. Əgər hər hansı digər ərazisi Azərbaycan qədər olan, eyni zamanda məhsuldarlığı ilə seçilən bir respublikaya qoyulsaydı nəticə tamamilə fərqli olardı. Əhalinin yaşam tərzi fərqli olardı. Ancaq biz bunun əksinin şahidi oluruq. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Kçemiş postsovet məkanı ölkələrini götürüb və bu ölkələrdəki orta aylıq əməkhaqqını nəzərdən keçrimək kifayətdir.
“Nastoyaşee vremya” telekanalı postsovet ölkələrində insanların həyat səviyyəsini və orta ayqlıq rısmi statistik məlumatlara əsaslanaraq reytin cədvəlini müəyyən edib.
BiG.AZ telekanalın hazırladığı reytinq cədvəlinə istinadən xəbər verir ki, Estoniya əhalinin orta aylıq gəlirinə görə, postsovet məkanında lider ölkədir. Bu ölkədə orta aylıq əmək haqqı 1313 ABŞ dolları təşkil edir.
Azərbaycan isə Gürcüstan və Ermənistandan sonra 9-cu yeri bölüşür. Gürcüstanda orta aylıq əməkhaqqı 413, Ermənistanda isə 397 dollardır. Azərbaycanda bu rəqəm 299 dollardır. İndi isə keçmiş SSRİ-nin varisləri olan ölkələrdə orta aylıq əmək haqqında rəsmi reytinq cədvəlini təqdim edirik:
Estonia-1313 $
Latviya-1009 $
Litva – 903 $
Rusiya – 657 $
Qazaxstan – 432$
Gürcüstan – 413 $
Belarus – 402 $
Ermənistan – 397 $
Azərbaycan – 299 $
Moldova-288$
Ukrayna -263$
Qırğızstan- 204$
Türkmənistan-198$
Özbəkistan-177$
Tacikstan-120$ orta aylıq əməkhaqqı təşil edir.
(Gününsəsi.İnfo)