Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il iyul ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13882,0 milyon manat təşkil edib.
Mynews.az xəbər verir ki, kreditlərin 11025,5 milyon manatı uzunmüddətli olub. Kreditlərin 27,8 faizi dövlət, 69,3 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,0 faizini təşkil edib.
Yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% artaraq 27716,9 mln. manata çatıb. Gəlirlərin 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Bu da 527 mln. manat deməkdir. Xatırladaq ki, yanvar-iyun ayları üzrə gəlirlərin 447 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub