Azərbaycanda "ağıllı ev"lərin, yəni intellektual idarə olunan mənzillərin tikilməsi adi mənzillərin tikintisindən daha çox vəsait tələb edir.
Mynews.az Trend-ə istinadən bildirir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, bu gün "ağıllı ev"in bir kvadratı 1200-1500 manata başa gələ bilər: "Bu da həmin mənzillərin satılması üçün müəyyən maddi problemlər yarada bilər. Düzdür, bu gün kim istəsə, evində müəyyən sistemlər quraşdırır, ancaq "ağıllı ev"lər üçün hər şey tikintinin təməli qoyulanda nəzərdə tutulur".
N.İbrahimov bildirib ki, adi evlərlə müqayisədə "ağıllı ev"lərin üstünlükləri çoxdur: "Ağıllı ev"lərdə insan rahatlığı üçün hər şey nəzərdə tutulur. Burada temperaturun tənzimlənməsindən tutmuş mühafizə, su, yanğın sisteminə qədər hər şey avtomatlaşdırılır".
"Ağıllı ev"lərin mənzil bazarında qiymətlərə hər hansı təsir göstərə biləcəyinə gəldikdə isə N.İbrahimov bildirib ki, bu barədə hələ proqnoz vermək çətindir.
Qeyd edək ki, "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsində intellektual idarə olunan mənzillərin yaradılması nəzərdə tutulur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub