Bu ilin iyul ayında həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə olunub.
Mynews.az xəbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, təkrar mənzil bazarında qiymətlərdə azalma ay ərzində 4,29 faiz təşkil edib. İl ərzində isə azalma 2,55 faiz olub.
İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 4,94 faiz azalma olsa da, il ərzində 16,46 faiz artım müşahidə olunub.
Ekspert vurğulayıb ki, ucuzlaşma yay mövsümü ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, sentyabrdan başlayaraq bazarda canlanma və qiymət artımı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub