Milli Müəssisələrin İqtisadiyyatı Birliyi FES-in sədri vəzifəsinə namizədlərlə bağlı sorğu keçirib.
Mynews.az xəbər verir ki, sorğunun nəticəsinə görə, Janet Yellenin postuna ən şanslı namizəd Ağ Evin iqtisadiyyat müşaviri Gary Cohn olub.
Qeyd edək ki, 8 iyul-2 avqust aralığında aparılan sorğuda 176 iqtisadçı iştirak edib. Respondentlərin 17%-i Yellenin ikinci dəfə FES rəhbəri olacağını irəli sürüb. İştirakçıların üçdə ikisi isə J.Yellenin yenidən namizəd olmayacağını, 16 faizi buna əmin olmadıqlarını söyləyib.
Xatırladaq ki, Janet Yellenin FES-in sədri kimi dörd illik fəaliyyəti fevral ayında bitir. Sədrliyə yeni adın gəlməsini gözləyən iqtisadçıların 49%-i Cohnun adını döstərib.
Respondentlərin 9%-i Cohndan sonra FES rəsmisi kimi Kevin Uarshı, 6%-i Stanford Universitetinin iqtisadçısı John Tayloru, 4%-i Kolumbiya Universitetinin dekanı Glenn Habbardın adını göstərib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub