Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilib. Hərracda tələb 649,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 34 depozit hərracı keçirib. Depozit hərraclarında tələb təklifi 19 dəfə üstələyib. Bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir. Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib.
Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son aylarda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub