Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi strateji təşəbbüsdür.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu "Caspian Energy News" jurnalına müsahibəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič) bildirib.
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. "Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5%-ni Azərbaycanın hesabına ödəyir. Lakin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir".
M.Şefçoviç qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasını koordinasiya etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Məşvərət Şurasını təsis edib. Məşvərət Şurasının növbəti iclası cari ilin fevralın 23-də baş tutacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub