Cari ilin əvvəlində ABŞ-da pisləşən iqtisadi göstəricilər, siyasi qeyri-müəyyənlik və ABŞ xaricindəki müsbət irəliləyişlər bu il dolların dəyərdən düşməsinə səbəb olub.
Mynews.az mia.az-a istinadən xəbər verir ki, ABŞ-ın məşhur kommersiya bankı "Wells Fargo"ya (Uels Fargo) görə, bu trend tərsinə dönəcək və dollarda sürprizlərə hazır olmaq lazımdır. ABŞ dolları indeksi bu ilin əvvəlindən bəri təxminən 9% dəyər itirsə də, bu situasiya dəyişəcək.
Banka görə, 2017-ci ilin sonunda daha güclü bir ABŞ dolları görəcəyik.
Bank buna bir sıra səbəbləri göstərir:
- qlobal faiz nisbətləri və iqtisadi artım/inflyasiya arasındakı fərqlər;
- avro bölgəsindəki siyasi risklər;
- investorların dollar almağa meylli olmaları.
"Wells Fargo" analitiklərinə görə, ilin əvvəlindən bəri ABŞ dollarına mənfi münasibət göstərən investorlar bu ilin ikinci yarısında dolların xeyrinə sürprizlər baş verməsi üçün əlverişli şərait də yaradırlar. Həmçinin investorlar gözlənilən səviyyədə dollar satmayıblar. Qısası, bank dolların bahalaşacağını gözləyir.
Yerli iqtisadçılar da növbəti aydan Azərbaycanda dolların yenidən qalxacağını proqnozlaşdırırlar. Bəzi ekspertlər dolların matana qarşı sərt şəkildə güclənəcəyini, 1 dolların 1.80-1.90 səviyyəsinə qədər qalxacağını gözləyirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub