Avqustun 28-də “qara bazar”da dolların satışı nisbətən ucuzlaşıb.
Mynews.az xəbər verir ki, Fins.az fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən məlumat əldə edib.
Məlum olub ki, dolların alışı 1.6950 manat olaraq qalsa da, satışı isə 1.7000 manatdan 1.6970 manata qədər düşüb. Bununla da, yenidən minimum spred daralması qeydə alınıb. Başqa sözlə, “qara bazar”da hər 100 dollara görə, gəlir cəmi 20 qəpiyə düşüb.
Dollar alverçilərinin sözlərinə görə, ucuzlaşmaya səbəb bankların eyni məzənnə ilə satış həyata keçirməsidir. Ona görə, fərdi qaydada valyuta satışı nisbətən ucuzlaşıb.
Avronun “qara bazar” məzənnəsi isə dəyişməyib. Avropa valyutasının alışı 2.00 manat, satışı isə 2.10-2.15 manat təşkil edir.
Rus rublunun məzənnəsi də son bir neçə gündə stabil olaraq qalıb. Hazırda rublun alışı 2.80 qəpik, satışı isə 2.83 qəpikdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub