Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər il stabil artmağa davam edir. Təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-ci ilin eyni dövrü ilə müqayisədə 30% daha çox sərnişinə xidmət göstərib. Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimi özünün əsas məqsədinə çatır.
Fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həlli təqdim edib.
Sözügedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərə baqajın idarəolunması sistemi, hava limanının əməliyyat məlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Amadeus” şirkətinin yeni biznes layihələr üzrə baş vitse-prezidenti Fransisko Perez-Lozao arasında əməkdaşlıq haqqında müvafiq razılıq əldə olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilən yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib.Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub