Dünya iqtisadiyyatındakı qeyri-sabitlik fonunda hazırkı mərhələdə Azərbaycan manatının yenidən devalvasiyaya uğraması gözlənilmir.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu "Saxo Bank"ın valyuta strategiyası üzrə mütəxəssisi Con Hardi (John Hardy) manatın yeni devalvasiya dalğası ilə üzləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.
Analitikin fikrincə, hazırda qlobal iqtisadi qeyri-sabitlik müşahidə olunmur: "İnkişaf etmiş ölkələrin aktivlərinə tələbat dalğalansa da, inkişaf etməkdə olan ölkələrdə biznesə maraq və bu kateqoriyadan olan ölkələrin valyutalarının möhkəmlənməsi və aktivlərinin bahalaşmasını müşahidə edirəm.
Bu səbəbdən əgər manatda hər hansı devalvasiya prosesi baş verərsə, bu, istisnasız olaraq lokal bazardakı vəziyyətlə əlaqəli olacaq. Devalvasiyaya kapitalın ölkədə saxlanmasına inam, fiskal və siyasi vəziyyət, habelə neftin qiymətinin təsir edəcəyini düşünürəm. Belə ki, neft Azərbaycanın ixracında yüksək paya sahib olmaqla, valyuta gəlirlərinin əsasını təşkil edir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub