Ötən gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda dolların məzənnəsi az da olsa bahalaşaraq 1,7010 səviyyəsində formalaşıb.
“Yaxın həftələrdə, aylarda cüzi artımlarla dolların bahalaşması baş verə bilər”.
Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib.
“Azərbaycandan fərqli olaraq dollar dünyada 1 həftədir son iki ilin rekord ucuzlaşmasını yaşayır. Dolların indeksi 102 punktdan 91 punkta qədər düşüb. Bu, ciddi göstəricidir. Azərbaycanda isə proses əksinə cərəyan edir. Birincisi, yay dövründə xarici valyutaya tələbatın artmasını, Azərbaycandan xaricə gedən turistlərin valyuta çıxardığnını görürük. Son göstəricilər də Azərbaycandan Türkiyə və Gürcüstana gedən turistlərin azalmadığını göstərir. İkincisi də, məktəb mövsümü ilə əlaqədardır. Universitet və məktəblərdə yeni dərs ili başlayacaq. Yeni dərs ilinə lazım olan ləvazimatlardan tutmuş, paltarlara kimi çox şey xaricdən gətirilir. Bu da valyutaya olan tələbatı artırır. Azərbaycanda dollar az da olsa bu səbəblə bahalaşıb. Bunun yaxın gələcəkdə kəskin olacağını düşünmürəm. Hər halda, yüngül addımlarla dolların bahalaşcağı gözlənilir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub