Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq, 2016-cı ildə manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında deyilir.
İcmalda deyilir ki, 2015-ci ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,5594 manat səviyyəsində olubsa, 11 mart 2016-cı il tarixində özünün dövr üzrə maksimum həddinə - 1,6456 manata qalxıb, həmin ilin 25 may tarixində isə minimum həddinə - 1,4900 manata enib.
“İyun-avqust aylarında bahalaşan ABŞ dolları sentyabr ayında ucuzlaşmağa başlayıb, oktyabrın sonundan isə yenidən bahalaşma meyilinə malik olub. 2016-cı ilin əvvəlindən manata nəzərən ABŞ dolları 13,6% bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,5965 manat təşkil edib”, - deyə sənəddə bildirilir.
Qeyd edilib ki, dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib: “Hesabat ilində manatla yanaşı, bir sıra digər ölkələrin, o cümlədən Azərbaycanın ticarət partnyoru olan ölkələrin milli valyutalarının ucuzlaşması davam edib.
İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 19,8% ucuzlaşıb. Ucuzlaşma, əsasən, nominal effektiv məzənnənin 27,5% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşma meyili idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub