Növbəti sosial həmrəylik təşəbbüskarlığı FOTO

774
Növbəti sosial həmrəylik təşəbbüskarlığı FOTO

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət Strategiyasına uyğun olaraq, sosial həmrəyliyin təmin edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu çərçivədə növbəti tədbir  Qurban bayramı münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin kənardan yardıma və qulluğa ehtiyac olan üzvləri üçün həyata keçirilib. 

Tədbirdə çıxış edən “Mətanət A” şirkətinin nümayəndəsi dövlət siyasətinin davamı olan bu növ layihələrin həyata keçirilməsini şirkətin korporativ vətəndaşlıq borcu hesab etdiyini bildirib və sosial layihələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin sədri Fəzilə Hüseynova təmsil etdiyi qurumun üzvləri adından “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova və bütün kollektivə yaradılan bu şəraitə görə dərin təşəkükürünü bildirib, şirkətin bu cür sosial yönümlü fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Daha sonra qonaqlara bayram sovqatları paylanıb və onlar üçün musiqili proqram təşkil olunub.

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. 

Daha ətraflı: *3030 Çağrı mərkəzi
www.matanata.com
www.facebook.com/MatanatA.company
www.youtube.com/MatanatAcompany

 

Xəbər lenti