Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər.
Mütəxəssislərin sözlərinə görə, ikinci əl xarici avtomobillərin əksəriyyətində kilometraj geri çəkilir. Buna daha çox alman maşınlarında rast gəlinir. Bu cür işbazların qurbanına çevrilməmək üçün bəzi nüansları bilməkdə fayda var. Avtomobilin kilometrajını geri çəkən usta və yaxud etdirən şəxs Cinayət Məcəlləsinin 200, istehlakçıları aldatma maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər. Onu da qeyd edək ki, əməl külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Törədilən əməl zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda həmin şəxs 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub