Payız mövsümünün yaxınlaşması ilə əlaqədar ev, eləcə də obyektlərinin tikintisini yarımçıq qoyanlar işlərini yekunlaşdırmağa çalışırlar. Çünki yağışlı havaların başlanmasına çox az vaxt qalıb. Elə bu səbəbdən də inşaat malları bazarında canlanma yaşanır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, mövsümi yağışların başlamasına az qalmış inşaat malları bazarında canlanma yaşanır. Əsasən də dam örtükləri bazarında aktivlik müşahidə olunur. Müxtəlif ölkələrdən gətirilən müasir görünüşlü dam örtüklərinin qiyməti də müxtəlifdir.
Şiferlərin qiyməti isə 8 manatdan başlayır. Betonla örtülü olan obyekt və qarajların üstünü örtmək üçün isə tollara təlabat artıb. Onların qiyməti də keyfiyyəti və qalınlığına görə dəyişir.
Binaların içərisində, əsasən də tavan hissəsində ən çox istifadə edilən taxta materialının qiymətində ötən aylara nisbətən artım müşahidə olunur.
Ancaq taxta satışı ilə məşğul olanlar deyirlər ki, havaların soyuması ilə Rusiyadan taxtanın idxalı artacaq və qiymətlər nisbətən düşəcək.
Havaların soyuması ilə evlərdə istiliyi uzun müddət saxlamaq üçün izolyasiya materiallarına da maraq artıb. Dünyanın müxtəlif ölkələrindən gətirilən bu məhsulların qiyməti isə 5 manatdan başlayaraq artmaqdadır.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub