Dövlət Neft Şirkəti hasil etdiyi neft və qazın həcmini açıqlayıb.
Mynews.az xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4336,9 min ton xam neft hasil edib.
7 ay ərzində SOCAR-ın neft hasilatının 631,5 min tonu iyul ayının payına düşüb. Hesabat dövründə Azərbaycan üzrə 22499,5 min ton neft hasil olunub ki, onun da 3339 min tonunu iyul ayının hasilatı təşkil edib.
Qaz hasilatı isə 3458,2 mln. kubmetr həcmində olub. 7 ay ərzində SOCAR-ın qaz hasilatının 503,3 mln. kubmetri iyul ayının payına düşüb.
Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi isə 16626,5 mln. kubmetr təşkil edib. Bu həcmin 2494,7 mln. kubmetri iyulda hasil olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub