Azərbaycanda "Aİ-98 super" markalı benzin bahalaşıb.
Mynews.az xəbər verir ki, "Super" markalı benzin hazırda 1,30 manata satılır. Artımadək bu markadan olan benzinin qiyməti 1,20 manat idi.
Qeyd edək ki, "Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır. Bir müddət əvvəl bu benzinin satışı dayandırılmışdı. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsi idi.
Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub