"Super"-98 markalı benzinin qiymətinin qalxması ilə bağlı xəbərlər nəhayət ki, təsdiqini tapdı. Belə ki, benzinin qiyməti 10 qəpik bahalaşaraq 1,2 manatdan 1,3 manata yüksəlib.

Benzinin qiymətində olan artımın hansı sahələrə təsir göstərəcəyi ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. Bu barədə danışan ekspert qiymət artımının sürücülərə təsiri olmayacağını bildirdi: "Bu benzin Azərbaycanda çox istifadə edilmir. Gün ərzində nəqliyyat vasitələri üçün aldığımız yanacaqlardan tam fərqlənir. Hətta adi nəqliyyat vasitələrinə 98 markalı yanacağın tökülməsi bəzi fəsadlar da verə bilər. Əksər sürücülər 92-95 markalı benzindən istifadə edirlər. Sözügedən neft isə xaricdən gətirildiyinə görə qiymətdə artım olub amma hesab edirəm ki, bu sürücülərə çox da mənfi təsir etməyəcək. Bəzən sürücülərimiz 98 markal yanacaqdan az miqdarda digər yanacağa qatırdılar ki, motor daha yaxşı və sürətli işləsin".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub