ABŞ dollarının ucuzlaşması davam edəcək.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Yaponiyanın ən böyük broker şirkəti olan "Nomura"nın valyuta strategiyası üzrə mütəxəssisləri çıxış edib.
Onların fikrincə, bunun üçün 3 əsas səbəb var. İlk növbədə, ABŞ-a məxsus istiqrazların gəlirliliyinin aşağı olması dolların dəyərdən düşməsini stimuallaşdırır. Bundan başqa, tədiyyə balansının kəsiri dolların məzənnəsinə mənfi təsir göstərir. Kəsirin böyük olması ilə əlaqədar ABŞ xəzinədarlığı investorlara aşağı faiz təklif edir. Vəziyyəti düzəltmək üçün ya dollar ucuzlaşmalıdır ki, ABŞ aktivləri cəlbedici olsun, ya da istiqrazların gəlirliliyi artırılmalıdır. Bunların hər ikisinin də etni vaxtda olması mümkündür. 3-cü səbəb isə ABŞ prezidenti Donald Trampın administrasiyasının ucuz dollar siyasətini dəstəkləməsidir. Siyasi risklər gələcəkdə də dolların məzənnəsinə mənfi təsir göstərə bilər. Avrozonada isə iqtisadi-siyasi vəziyyət getdikcə düzələ bilər.
Ümumilikdə "Nomura" dolların avro və yenə qarşı ucuzlaşacağını proqnozlaşdırır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub